Akademik Əjdər Məcidovun yubileyinə həsr olunan elmi konfrans

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda (KQKİ) görkəmli kimyaçı alim, “Şöhrət” ordeni laureatı, bu müəssisənin şöbə müdiri, akademik Əjdər Məcidovun 80 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

www.science.az saytının məlumatına görə, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev çıxış edərək alimin həyat və yaradıcılığı haqqında danışıb. Bildirib ki, Ə.Məcidov elmi fəaliyyətinə 1964-1969-cu illərdə SSR EA Molekulyar Biologiya İnstitutunda başlayıb, 1969-1988-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri işləyib, ömrünün son 30 ilini isə Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna həsr edib.

D.Tağıyev alimin 1966-cı ildə kimya üzrə fəlsəfə, 1984-cü ildə kimya üzrə elmlər doktoru elmi dərəcələrini aldığını söyləyib. O, Ə.Məcidovun 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçildiyini xatırladıb.

D.Tağıyev akademik tərəfindən ilk dəfə olaraq liqandlarla metalların kristallik kompleks birləşmələrinin sintez edildiyini, onların kristal və molekulyar quruluşunun öyrənildiyini, paramaqnit mərkəzlər arasındakı məsafənin təyin olunduğunu deyib.

Sonda Ə.Məcidov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında