Bakıda turistlər üçün nəqliyyat və muzeylər pulsuz olacaq

Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb.

Bu barədə Milli Turizm Təbliğat Bürosundan məlumat verilib.

Bürodan bildirilib ki, "Baku Card" Bakı şəhərini tanıdacaq və ölkəmizə səfər edən turistlərdə daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur.

“Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.

Kartları xüsusi köşklərdən, eyni zamanda onlayn qaydada almaq mümkün olacaq.

Milli Turizm Təbliğat Bürosu,  Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandumun imzalanma mərasimi keçirildi.

Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanmışdır.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında