Bakıda Moldova Ədəbiyyatı Günləri keçiriləcək

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Moldova Azərbaycanlıları Konqresinin iştirakı ilə martın 1-dən 3-dək Bakıda “Moldova Ədəbiyyatı Günləri” keçiriləcək.

Mərkəzin dəvətilə Arkadi Suçevyanu, Vüqar Novruzov, İqor Volnitski, Leo Butnaru, Nikolae Spetaru kimi Moldovanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət nümayəndə heyəti ilə görüşlər keçiriləcək.

Moldova ədəbiyyatı ilə bağlı, Kişineuda Azərbaycan ədəbiyyatına aid çap edilən nəşrlər təqdim olunacaq.

Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisi Moldova ədəbiyyatı “xüsusi sayı”, Arkadie Suçevianunun “Qağayı ilə göndərilən məktub” şeir toplusu, İqor Volnitskinin ”Mənə ölməyi öyrət” kitabının müzakirə və təqdimatları, Moldova poeziya gecəsi, eləcə də bir sıra maraqlı görüşlər, tədbirlər planlaşdırılır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq  qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında