AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

www.science.gov.az saytından verilən məlumata görə, AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) cari ildə ilk büro iclası keçirilib.

Tədbiri bölmənin akademik-katibi, akademik Nərgiz Axundova açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Akademik bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış etdiyini xatırladıb və ötən il İEB-də görülən işlərin yüksək qiymətləndirildiyini deyib.

N.Axundova bölmə üzvlərinə cari ildə də elmlə təhsilin inteqrasiyası, beynəlxalq əlaqələrin genişləndirilməsi, kadr hazırlığı və nəşriyyat işlərinə dair müvafiq tapşırıqlar verib.

Sonra elmi-təşkilati məsələlər müzakirə olunub. Müzakirələr nəticəsində A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının tərkibində və Elm Tarixi İnstitutunun strukturunda qismən dəyişiklik edilib. Bundan əlavə, Elm Tarixi İnstitutunda “Elmşünaslıq” elmi nəzəri-praktiki jurnalının nəşr edilməsi haqqında qərar qəbul olunub.

İclasda, həmçinin akademik Ramiz Mehdiyevin 80 illik, akademiklər - Heydər Hüseynovun və Əlisöhbət Sumbatzadənin 110 illik yubileylərinin və AMEA-nın müxbir üzvü Qaraş Mədətovun 90 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilib.

 

Təqdim etdi:

İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında