Dubay şəhərində keçirilən beynəlxalq tədbirdə ölkəmiz təmsil olunub

Hər bir xalqın dili, adət-ənənəsi, mədəni irsi onu dünyada tanıdan zənginlikdir. Azərbaycan xalqının çoxəsrlik mədəni irsi, ana dilimiz bizim böyük sərvətimizdir və onu yaşatmaq, təbliğ etmək hər bir soydaşımızın borcudur. Çünki millət öz dilinə, mədəniyyətinə sahib çıxmasa, milli kimliyini, varlığını sübut edə bilməz. Həmvətənlərimiz harada yaşamalarından asılı olmayaraq bu yolda daim birlik, həmrəylik nümayiş etdirməlidirlər.

Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində fəaliyyət göstərən “International School of Choueifat” tədris mərkəzində təşkil edilən “Beynəlxalq gün” (International Day) adlı tədbir orada yaşayan soydaşlarımızın bu sahədə mütəşəkkilliyinin bir örnəyi olub.

Məlumat üçün bildirək ki, SABIS (Qlobal Təhsil Şəbəkəsi) təhsil sistemi əsasında fəaliyyət göstərən bu məktəbdə 30-dan çox ölkədən şagirdlər təhsil alır. Onların arasında otuza yaxın azərbaycanlı var. Həmin tədbirdə onların ailələri yaxından iştirak edib. Azərbaycanlı şagirdlərin valideynləri adət və ənənələrimizi, zəngin mətbəx mədəniyyətimizi yüksək səviyyədə təqdim ediblər.

Azərbaycanın Dubaydakı baş konsulluğunun əməkdaşı Tural Hüseynov ölkəmizin tarix və mədəniyyəti haqqında ərəb və ingilis dillərində müxtəlif çap məhsullarını tədbirin qonaqlarına təqdim edib. Həmçinin uzun illərdir ailəsi ilə BƏƏ-də yaşayan Rəna Xəlilova, Kamilla Nabati və başqa soydaşlarımız ölkəmizin mədəni zənginliklərinin təbliğində zəhmətlərini əsirgəməyiblər. Tədbir iştirakçıları xalqımızın adət-ənənələrinə, xüsusilə milli mətbəx nümunələrinə böyük maraq göstəriblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında