Almaniyalı alim Azərbaycanın qədim keramika məmulatlarını tədqiq edir

Berlindəki Almaniya Arxeologiya İnstitutunun Avrasiya departamentinin əməkdaşı, doktor Mark İserlis “Şimali Qafqazın Maykop fenomeni: Əsasa dönüş” layihəsi əsasında Azərbaycan ərazisində xalkolit (e.ə. IV minilliyin əvvəlləri) dövrünə aid keramika məmulatlarının müxtəlif yönlü analizlərini aparır. O, bu məqsədlə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda həmin dövrə aid nadir və çoxsaylı kolleksiyalarla tanış olub.

Elmi fondda toplanmış Leylatəpə, Fərmantəpə və Alxantəpə qədim yaşayış məskənlərindən aşkar edilmiş keramika məmulatları almaniyalı alimin xüsusi marağına səbəb olub. Doktor M.İserlisin sözlərinə görə, elmdə Leylatəpə və Maykop arxeoloji mədəniyyətlərinin (Şimali Qafqaz, e.ə. IV minilliyin əvvəlləri) genetik əlaqələri barədə fikir artıq mövcuddur. Onun tədqiqatlarının əsas məqsədi hər iki arxeoloji mədəniyyətlərin keramik məmulatlarının kimyəvi, mineraloji və texnoloji analizi əsasında həm genetik bağlılığın, həm də yerli fərqlərin müəyyən edilməsidir. Həmçinin, tədqiqatçının cəlb olunduğu elmi layihə göstərilən qədim yaşayış məskənlərindən tapılmış üzvü qalıqlar əsasında radiokarbon analizləri və eksperimental tədqiqatları ehtiva edir.

Aparılan tədqiqatlarda almaniyalı tədqiqatçıya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Polutəpə qədim yaşayış məskənini tədqiq edən ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundov və institutun aparıcı elmi işçisi, Qarabağ neolit-eneolit ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov müvafiq dəstək göstərirlər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında