Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi  (MZE) və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.

Anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb. Natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü, bu soyqırımı faktının dünyada tanıdılmasını, cinayətkarların cəza alacağına inamı qeyd edib.

Tədbir iştirakçıları teatrın repertuarında yer alan S.Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşasına baxmışlar. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşaya baxışdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi kütləvi iş bölməsinin rəisi, kapitan Ramil Qasımov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı tarixə qanla yazılan faciədir. Bu faciə illər, əsrlər ötsə də xalqımızın yaddaşından silinməyəcək və soyqırımı qurbanlarının xatirəsi daim yaddaşlarda yaşayaraq, ruhları əziz tutulacaq. Bu gün bizim güclü ordumuz var. O güclü ordunun rəşadətli oğulları soqırım qurbanlarının erməni daşnaklarından qisasını alacaq , ata-baba torpağını düşmən torpaqlarından azad edəcək , üçrəngli bayrağımızı Qarabağ torpaqlarında dalğalandıracaq.

 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında