Mədəniyyət və turizm naziri Göyçayda vətəndaşlarla görüşüb

"Artıq ənənəyə çevrilmiş belə görüşlər yerlərdə mədəniyyət və turizmin inkişafına, bu sahələrdə müasir texnologiyaların, yeni iş metodlarının tətbiqinə müsbət təsir edir, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri Göyçay şəhərində vətəndaşlarla növbəti görüşündən sonra mətbuata açıqlamasında deyib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirirlər. Nazir Əbülfəs Qarayev Göyçaydakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətlərini dinləyib.

Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.

Ağdaş rayon sakinləri rayonda görkəmli yazıçı və şairlərlə görüşlərin təşkili, Rəsm qalereyasına ölkəmizin tanınmış rəssamlarının əsərlərinin verilməsi, tarix-diyarşünaslıq muzeyində bərpa işlərinin tamamlanmasına köməklik göstərilməsi, avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA  proqramının tətbiqi barədə xahişlərini diqqətə çatdırıblar. Göyçaydan qəbula yazılan vətəndaşların müraciətləri isə "Nargilə" folklor qrupu üçün milli geyimlərin alınmasına köməklik göstərilməsi, rayon kitabxanalarının elmi ədəbiyyatla təmin olunması barədə olub. Həmçinin kitabxanalara uşaqlar üçün intellektual oyunlara aid elektron nəşrlərin verilməsinə görə nazirliyə minnətdarlıq ifadə olunub. Ucar sakinləri rayon ərazisində kənd kitabxanalarının internetlə təminatı, kitabxanalara aqrar sahə, xüsusilə pambıqçılıq və baramaçılığa aid elmi nəşrlərin verilməsi, mədəniyyət evləri və klubların milli rəqslərlə bağlı əyani vasitələrlə təchiz olunması, tarix-diyarşünaslıq muzeyinin bədii tərtibat işinə köməklik göstərilməsi ilə bağlı xahişlərini nazirə çatdırıblar. Zərdab sakinlərinin xahişləri mədəniyyət müəssisələrinin tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlərin diskləri ilə təmin edilməsi, gənc mədəniyyət işçiləri koordinasiya qruplarının respublika seminarlarının təşkili, Heydər Əliyev Mərkəzinin ekspozisiyasının zənginləşdirilməsinə köməklik edilməsi barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında