“Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçirildi

Xocalı faciəsi Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərinə hücum etmişlər. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. 613 nəfər dinc əhali öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfər götürülmüş əsir müxtəlif işgəncələrə məruz qalmışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

İstiqlal muzeyində təşkil olunmuş sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Xocalı soyqırımına həsr olunmuş 50-ya yaxın əsəri nümayiş olunur.

 Sərginin  açılışında   Azərbaycan İstiqlal muzeyinin direktoru Fəridə Şəmsinin, Xocalı soyqırımının şahidi  Oruc  Məmmədovun,  Azərbaycan İstiqlal Muzeyinin əməkdaşının və digər qonaqların çıxışları olmuşdur.  2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanan “Xocalını unutmayaq” adlı kompozisiya nümayiş olunmuşdur.

Tədbirdə Xocalı faciəsinin şahidləri, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət İşçiləri İxtisasartırma Mərkəzinin əməkdaşları, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri, 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin nümayəndələri, Sərhəd Qoşunlarının əməkdaşları və digər qonaqlar iştirak etmişlər.  

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında