AXC dövrünə aid pul vahidləri

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünə aid pul vahidləri qorunub saxlanılır.

Müsəlman dünyasında ilk demokratik dövlət olan AXC-nin müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 1, 25, 50, 100, 250 və 500 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Аzerbaydjanskaya Respublika” ifadələri, nominal dəyəri və buraxıldığı tarix göstərilib.

AXC-nin bu sahədəki iqtisadi siyasəti onun milli valyutası olan manatın beynəlxalq miqyasda tanınması işinə yönəlmişdi. Məhz bu baxımdan Cümhuriyyətin Antanta dövlətləri tərəfindən tanınması nəzərə alınaraq 500 manatlıq əskinasın üzərində dövlətin adı və pulun dəyəri fransız dilində verilib.

Cümhuriyyətin kağız pul dövriyyəsi tarixinin maraqlı səhifələrindən biri də çox dəyərli sənədlərdən sayılan faizsiz və uduşlu 500 manat məbləğində istiqrazların buraxılışıdır. www.science.gov.az saytının yaydığı xəbərə görə, istiqraz Azərbaycan hökumətinin icazəsi ilə 1919-cu il avqustun 20-də buraxılıb. Biletin üzərində istiqrazın buraxılması haqqında qanundan iqtibas, uduşun miqdarı, qaydaları və müddəti göstərilib.

Cümhuriyyət dövrünün pul vahidləri və istiqrazlar həmin dövrün öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir və öz tədqiqatçılarını gözləyir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında