Litva Dövlətinin bərpa edilməsinin 100 illiyi qeyd olunur

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Litva Dövlətinin bərpa edilməsinin 100 illiyi təntənəli  bayram  mərasimi  ilə qeyd olunmuşdur. Litva Respublikasının Bakıdakı  səfirliyinin təşkil etdiyi qəbulda  Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,səfirlər,beynəlxalq təşkilatların, şirkətlərin , ictimaiyyətin, KİV-in nümayəndələri  iştirak etmişlər

Tədbir başlamazdan əvvəl  qonaqlar fotoqraflar Diane və Leonas Garbachyauskasların”Litva əmlakı”na aid foto-sərgisi ilə tanış olmuşlar.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin adından Litva Respublkasının milli bayramını və litva xalqını təbrik etmişdir. Litvanın Azərbaycandakı səfiri Valdas Lanauskas qonaqlara təşəkkür edərək  Aİ və NATO, Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı və əhəmiyyətindən danışmışdır.

Bayram mərasiminin bədii hissəsində Litva Respublkasının xalq artisti Veronika Povilionienė və məşhur pianoçu,bəstəkar Dainius Pulauskasın  konserti olmuşdur. Proqramda  Litva xalq mahnıları, müasir musiqi üslubunda Litva tarixi ilə bağlı mahnılar səslənmişdir.

Konsertin sonunda  Azərbaycan Respublkasının Əməkdar artisti, tarzən Sahib Paşazadə ilə litvalı musiqiçilər birlikdə  “Sarı gəlin” Azərbaycan xalq mahnısını  ifa etmişlər.

 

Afət SADIQOĞLU,
    “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında