“Böyüməyən uşaqlar”ın fəryadı Sarayevoda

Parlament Jurnalistləri Birliyinin sədri  Elşad Eyvazlının müəllifi olduğu və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən  “Böyüməyən uşaqlar”  kitabının təqdimatı Bosniya və Hersoqovina ictimaiyyətinə təqdim ediləcək. Boşnak dilində min tirajla çap edilmiş kitabın təqdimatı fevralın 22-i Sarayevo Beynəlxalq Universitetində keçiriləcək. Tədbirdə ayrı-ayrı ölkələrin Sarayevodakı diplomatik nümayəndəlikləri, elm adamları, ictimai xadimlərinin iştirakı nəzərdə tutulur. Azərbaycandan gedən nümayəndə heyətinin rəhbəri Milli Məclisin deputatı, Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Çingiz Qənizadədir. Nümayəndə heyətinə həmçinin,  kitabın müəllifi, Parlament Jurnalistləri Birliyinin sədri  Elşad Eyvazlı, İctimai televiziyanın əməkdaşı Bəxtiyar Səlimov, Xocalıda hər iki valideynini itirmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova  daxildir.

Qeyd edək ki, uşaq ikən Xocalı soyqrımının şahidi olmuş gənclərin xatirələrindən bəhs edən kitab bundan əvvəl türk, ingilis, alman, ukrayna, rus  dillərinə tərcümə edilib.  “Böyüməyən uşaqlar”la bağlı layihənin məsləhətçisi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

 “Böyüməyən uşaqlar” kitabında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələri yer alır.  “Böyüməyən uşaqlar”  kitabı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində işıq üzü görüb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında