Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstan Milli Akademik Kitabxanası arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Qazaxıstanın Astana şəhərində səfərdə olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edəcək. Fondun rəhbəri səfər çərçivəsində Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva ilə görüşüb. Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib. Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Görüşdə Günay Əfəndiyeva bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əsas prioritet məqsədi türk dünyasının sahib olduğu mədəni irsi qorumaq, araşdırmaq və dünyada tanıtmaq və miras olaraq gələcək nəsillərə çatdırmaqdır. O, türksoylu xalqların dünya tarixi və mədəniyyətində əhəmiyyətli rol oynadığını, türkdilli dövlətlərin və xalqların ortaq tarixi köklərə,  zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti G.Əfəndiyeva qeyd edib ki, rəhbərlik etdiyi qurumun yeni yaradılmasına baxmayaraq, türk tarixi və mədəniyyəti ilə bağlı bir sıra layihələr üzərində işlər gedir. “Bu layihələrdən biri də “Koroğlu” dastanının çap edilməsidir.”—deyə o əlavə edib.

 “Türk dünyası qadın şairələrinin antologiyası” ideyası üzərində də işlədiyini vurğulayan Günay Əfəndiyeva bildirib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı da türk dövlətləri arasında ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.

Qazaxıstan Milli Akademik Kitabxanasının baş direktoru Umutkan Munalbayeva iki ölkənin kitabxanaları arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. Onun sözlərinə görə, türk xalqları haqda sənədli və bədii filmlərin çəkilməsi və bu sahədə tanıtım işlərinin artırılması vacibdir.

 Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Fondun fəaliyyətinin genişləndirilməsində üzv ölkələrin dəstək olmasının, əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Səfir ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin bu işdə böyük rol oynadığını əlavə edib. Görüş zamanı Milli Akademik Kitabxana ilə tanış olan Fondun prezidentinə “Qazax xanlığı 550 illik” kitabı hədiyyə verilib.

Günay Əfəndiyeva latın qrafikalı əlifba ilə çap olunmuş “Nursultan Nazarbayev. Həyat yolu” kitabını kitabxanaya bağışlayıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında