Aşıq musiqisi axşamları

 Muğam Mərkəzində   “Aşıq musiqi axşamları” layihəsinin ikinci axşamı keçirildi. “Aşıq Ələsgərin saz-söz dünyası” adlı bu axşam yenə də konsert-tamaşa formasını daşıyırdı. Hər iki axşamın ssenari müəllifi və rejissoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova idi. 

Tamaşanın süjeti Aşıq Ələsgərin şeir və dastanları əsasında qurulmuşdur. Tamaşa giriş, altı səhnə və epiloqdan ibarət idi. Giriş hissəsini aparan Sənubər Bağırova  axşamın məramını belə izah etmişdir: “Aşıq Ələsgərin şeir və dastanları , elə bil ki, onun  ürək dəftəridi,  bu dəftər onun ömrünün sevinc və kədərli anlarından, ürəyindən keçən hisslərdən, aşığın mənəvi dünyasından bizə xəbər verir”.

Tamaşa Aşıq Ələsgərin gənclik  illərindəki uğursuz ilk məhəbbəti, orta yaşlarına təsadüf etmiş dövrünün böyük sənətkarı Aşıq Hüseyn Şəmkirli ilə görüşü və aşığın qocalığından bəhs edirdi. Tamaşada bütün rolları aşıqlar ifa edirdi; onlar ənənəvi aşıq havalarını ifa etməklə bərabər səhnədə məharətlə dialoqlar da aparırdılar. Axşamın sonunda Aşıq Ələsgərin ailəsi adından aşığın nəticəsi çıxış etmiş və aşıqlara öz təşəkkürünü bildirmişdir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında