Xocalı Bursada anıldı

          Bursa Birlik Vəqfinin təşkil etdiyi konfransda təşkilatın rəhbəri Mustafa Bayrakdar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri  doktor Nəcibə Nəsibova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə geniş məlumatlar verərək, əsil həqiqətlərin dünyaya daha geniş yayılmasında birliyin önəmini xüsusi vurğulayıblar.

        Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmini vurğulayan Milli Məclisin deputatı Qənirə Paşayeva məruzəsində Xocalı soyqırımı barədə məlumatlar verib. O, bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada daha aydın gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.

         Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür: "Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan--Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi artırmalıyıq". Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır, ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq deyib. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan xanım deputat onları daha fəal olmağa, bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının vacibliyini qeyd edib.        

          Tədbirin sonunda Bursa Birlik Vəqfi başqanı Mustafa Bayrakdar Q.Paşayevaya verdiyi konfrans və geniş məruzə üçün təşəkkürünü bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayaraq ona təşəkkür plaketi təqdim edib. Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları “Turan yolçusu” və “Aşk yolçusu”nu və həmmüəllifi olduğu “Karabağ hikayeleri”ni imzalı hədiyyə edib.

       Tədbirdən sonra Q.Paşayeva ilə yerli QHT və KİV nümayəndələri, qadın və gənclər təşkilatları, Bursa Birlik Vəqfinin rəhbərliyinin geniş görüş və müzakirələri olub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında