Gənclərin “Gil dövrü”nə marağı

Dulusçuluq və gil sənətinin gənclər arasında təbliği ilə bağlı “Gil dövrü” layihəsi gənclər tərəfindən maraqla qarşılanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “İrəli” İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutan layihədə məqsəd dulusçuluq sənəti ilə   gənclərin daha yaxından tanış olmasına şərait yaratmaqdır. Anar Qurbanovun rəhbəri olduğu layihə çərçivəsində iştirakçılara  gil sənətinin tarixi, onlardan müxtəlif əşyaların düzəldilməsi prosesi barədə məlumat verilib, eyni zamanda praktiki məşğələlər təşkil edilib. İştirakçılar  praktiki məşğələlər zamanı özləri gildən  müxtəlif  əsərlər yaratmışlar.

Son olaraq layihə iştirakçıları şəhadətnamə və hədiyyələrlə təltif olunublar.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında