Ötən il Milli İncəsənət Muzeyi üçün hansı mühüm hadisələrlə yadda qaldı?

Muzeydən  verilən məlumata görə,  ilboyu çoxsaylı sərgilər, tədbirlər, konfranslar, ustad dərsləri, maarifləndirici mühazirələr, təlimlər keçirilib. Yanvarın 27-də Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində gənc rəssamların sənət əsərlərindən ibarət “Reinkarnasiya” adlı sərgi baş tutub. Muzeydə  multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr edilmiş “Muzeylər mədəniyyətlər arasında körpüdür” adlı proqram təqdim edilmişdir. Fevralın 18-də  muzeydə Rusiya regionlarında populyar olan və geniş qeyd edilən “Maslenitsa” bayramı ab-havası yaşanıb.

Ötən ilin  mart ayında muzeydə Əsli Səmədovanın müəllifi olduğu “Milli irsimiz” layihəsi üzrə növbəti ailə festivalı keçirilib. Festival çərçivəsində muzeyin daimi sərgisi - “Azərbaycan incəsənəti minilliklər boyu” üzərində qurulmuş və Nyu-York Müasir İncəsənət Muzeyinin əməkdaşlarının dəstəyi ilə yaradılmış “Rəsmə çevril”, “Xatırlayıram-xatırlamıram”, “Ov-foto”, “Fərqi tap” kimi oyunlar keçirilib və ustad dərsləri təşkil olunub. Martın 18-də Milli İncəsənət Muzeyində Novruz bayramı münasibətilə xeyriyyə tədbiri keçirilmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyi Beynəlxalq Uşaq Kitab Günü və Ümumdünya Kitab və Müəllif Hüququ Gününə həsr olunan beynəlxalq proqram və aksiyalara qoşularaq aprel ayını “Maarifləndirmə ayı” elan edib. Aprelin 14-də muzeydə Xalq rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı olmuşdur.

Mayın 19-da Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” sərgisinin bağlanış mərasimi keçirilmişdir. Sərgidə əsərləri dünyanın ən yaxşı muzeylərini bəzəyən tanınmış rəssamlar Jül Düpre, Jan Onore Fraqonar, Paskal AdolfDanyan Buvre, Benjamin Konstant, heykəltəraşlar Moro Lui, Jan Antuan Qudon və digər görkəmli sənətkarların tabloları nümayiş etdirilmişdir. Mayın 23-də isə Muzeydə Azərbaycanın Xalq rəssamı Davud Kazımovun anadan olmasının 90 illiyi ilə bağlı yubiley sərgisi təşkil olunmuşdur.

İyulun 22-də isə Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramı təqdim edilmişdir.

Muzeydə Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi də keçirilmişdir. Oktyabrın 11-də tanınmış rəssam, heykəltəraş və ictimai xadim Müslüm Eldarovun yaradıcılıq sərgisi, eyni zamanda, görkəmli sənətkarın həyatına həsr edilmiş “Müslüm Eldarov” monoqrafik kitabının təqdimatı keçirilib.

Oktyabrın 18-də V Beynəlxalq Azərbaycan Xalçası simpoziumu çərçivəsində Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” adlı xüsusi sərgi açılmışdır. Sərgidə Milli İncəsənət Muzeyinin fondunda saxlanan nadir bədii incilər, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənət Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan XVI-XVIII əsrlərə məxsus Azərbaycan bədii nümunələri təqdim edilmişdir.

Dövlət Bayrağı Günü münasibətilə kerçirilən tədbir də maraqlı olub. Dekabrın 15-də isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün “Symmetria” Sağlamlıq Mərkəzinin dəstəyi ilə tədbir keçirilmişdir. Həmçinin “Symmetria” Sağlamlıq Mərkəzinin dəstəyi ilə dekabrın 17-də muzeydə “Açıq qapı” günü elan edilib. Dekabrın 23-24-də uşaqlar üçün “Yeni ilin sehri” adlı xüsusi tədbir proqramı təqdim edilmiş, ustad dərsləri keçirilmişdir.

Bütövlükdə 2017-ci ildə  Azərbaycan Milli İncəsənət Muzeyini 48731 nəfər ziyarət etmiş, onlardan 2846 nəfəri xarici vətəndaş olmuşdur.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında