Azərbaycanlı rəssamın əsərləri 2018 London Moda Həftəsində

Əməkdar incəsənət xadimi, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri Arif Əzizin qeyri-adi və unikal yaradıcılıq  üslubu gənc alman modelyer Leoni Mergenin diqqətini çəkib. Rəssamın əsərləri  2018 London Moda Həftəsində nümayiş etdirilmiş kolleksiyada öz əksini tapıb. Bu kolleksiya modelyerin 2017-ci ildə Berlin və London moda həftələrində nümayiş etdirilmişdir. Qeyd edək ki, modeli yerin tənqidçilər tərəfindən bəyənilmiş “Qarabağ Kolleksiyası”ndan sonra ərsəyə gətirilən sayca ikinci layihəsidir. Hər iki layihə Avropa Azərbaycan Cəmiyyətinin  (TEAS) təşkilatçılığı ilə həyata keçirilib.  Bu barədə məlumatı TEAS verib.

“Arif Əziz Buraxılışı” kimi tanınan bu yeni kolleksiya başlanğıc nöqtəsini rəssamın “Bəyaz Dövrü”ndən götürür. Bu, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyinin bərqərar olunduğu dövrdə başlayıb. Daha sonra böyük rəssamın realizmdən irəli gələn obyektiv reallığın təsvirindən impuls alan ritmlər və rənglər gözəllik yaradır, onun getdikcə əksinə – mistik və subyektiv reallığa keçidini əks etdirir. Rəssam üçün bütün rənglərin sintezi olan ağ rəng paklığın rəmzi, varlığın sevincindən irəli gəlir, qeyri-ixtiyari işıq, təbiət və insan vəhdəti olaraq müxtəlif dərəcələrdə əhəmiyyət daşıyır.

Qeyd edək ki, rəssamın sözügedən  kolleksiyası haqqında xəbər “Euronews” kanalının portalında da yer alıb.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında