2018-ci ildə turizm sahəsinin daha sürətli inkişafı gözlənilir

Ekspertlər deyir ki, Azərbaycanın potensialı daha çox turistin qəbul edilməsinə imkan verir.

ABŞ-ın məşhur "USA today" informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli şəhərlər sırasında Azərbaycanın paytaxtı Bakının da adı var. Dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır: "Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir". 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.

 Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, turizm məkanları haqqında ətraflı məlumatlar və fotolar öz əksini tapıb. 2017-ci il həm də Azərbaycana gələn turistlərin sayında rekord göstərici ilə yadda qalıb. Belə ki, son 5 illə müqayisədə, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında artım olub.

2018-ci ildə də ölkəyə çoxlu sayda turist axını gözlənilir. Qarşıdan Novruz bayramı gəlir. Bu bayram ərəfəsində ölkəyə gələn qonaqların sayında ciddi artım müşahidə olunur. Daha sonra müxtəlif beynəlxalq musiqi festivalları, idman tədbirləri keçiriləcək. Rusiyadan, körfəz ölkələrindən ölkəyə gələn turistlərin sayı bu il də artmaqdadır. Ötən il olduğu kimi, bu il də şopinq festivalları təşkil olunacaq. 2017-ci ildə bu festivallar ilk dəfə olaraq keçirilirdi. 2018-ci ildə daha peşəkar səviyyədə təşkil olunacaq. Festivalın keçirilməsində məqsəd gələn qonaqlara yüksək xidmətin təşkil edilməsidir. Təkcə beşulduzlu deyil, bir və iki ulduzlu otellərin də tikilməsi vacibdir. Çünki aztəminatlı turistləri də nəzərə almaq lazımdır. Ümid edirəm ki, 2018-ci ildə bu problemlər aradan qalxacaq. 2018-ci ildə həm də qatar turizminin inkişafı üçün zəmin yaradılıb. Bakı-Tbilisi-Qars dəmir yolu gələcəkdə turizm marşrutu da ola bilər. Bununla da ölkəyə Orta Asiyadan da çoxlu sayda turist cəlb etmək olar. Həmçinin Böyük İpək Yolu vasitəsilə 2018-ci ilin martında ölkəyə müxtəlif dövlətlərdən turistlər gələ biləcəklər. Azərbaycanın turizm potensialı imkan verir ki, ötən illərə nisbətən daha çox turist qarşılayıb, yola sala bilsin. Bunun üçün  hər cür şərait və infrastruktur var. Ölkədəki siyasi sabitlik, qonaqpərvərlik, əlverişli iqlim şəraiti və coğrafi mövqe bunun üçün uyğundur.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında