Ərtoğrul Cavidin 100 illiyi qarşısında

Gələn il Azərbaycan ictimaiyyəti böyük ədib Hüseyn Cavidin nakam oğlu, Bakıda doğulub, Naxçıvanda dünyasını dəyişmiş bəstəkar Ərtoğrul Cavidin anadan olmasının 100 illiyini qeyd edəcək.

Ölkənin musiqi ictimaiyyətinin nümayəndələri Rasizadələr və Cavidlər nəslinin bu görkəmli nümayəndəsinin yubileyinə indidən hazırlaşır və müəyyən tədbirlər həyata keçirirlər. Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə “Mütərcim” nəşriyyatında işıq üzü görmüş “Naxçıvan təranələri” kitabı da məhz həmin təşəbbüslə ərsəyə gəlib. Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, Xalq artisti, professor Tofiq Bakıxanovun Naxçıvan şairlərinin şeirlərinə yazdığı mahnılardan ibarət bu məcmuənin ilk səhifəsində qeyd edilir ki, bu kitab mərhum bəstəkar Ərtoğrul Cavid – Hüseyn Cavid oğlunun xatirəsinə həsr olunur. Ön səhifələrdən birində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ötən il bəstəkar Tofiq Bakıxanova muxtar respublikanın Əməkdar incəsənət xadimi fəxri adının vəsiqəsini təqdim edərkən çəkilmiş tarixi foto verilmişdir. Kitabın redaktorları Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovadır.

Kitaba “Əcəmi yurdunun sözü, sədası” adlı geniş ön söz yazan Əməkdar jurnalist İttifaq Mirzəbəyli bu qədim diyarı təmsil edən şairlər Adil Babayev, İslam Səfərli, Ramiq Muxtar, Asim Yadigar və İsa Həbibbəylinin yaradıcılığı haqqında yığcam olaraq söz açır və bəstəkar Tofiq Bakıxanovun ürəyindəki Naxçıvan sevgisinin əsas istiqamətlərini xatırladır.

Ön söz müəllifi sonda yazır: “Biz adını çəkdiyimiz şairlərin ilhamını da alqışlayırıq, həmin şeirlərə musiqi yazan bəstəkarın rübabını da. Amma, fikrimizcə, alqışlanmalı başqa bir ünvan da var: bu kitabı ərsəyə gətirmək təşəbbüsüylə çıxış edənlər və həmin təşəbbüsün reallaşdırılmasına dəstək verənlər. Əcəmi yurdunun sözünü də, sədasını da oxuculara çatdıracaq başqa kitablarda görüşənədək!”

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında