Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman Azərbaycan nümayəndə heyətini qəbul etmişdir

“Qara Qarayev ili”nin açılışında iştirak etmək üçün Ankaraya gələn Azərbaycan nümayəndə heyətini Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman qəbul etmişdir. Görüşdə çıxış edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Qara Qarayevin tələbəsi olduğunu söyləmiş, onun yaratdığı dünyaca məşhur əsərlər haqqında nazir müavininə ətraflı məlumat vermiş, Azərbaycanda və bütün dünyada ölməz bəstəkarın çox sayda tələbələri və davamçıları olduğunu xüsusi vurğulamışdır. Firəngiz Əlizadə dahi bəstakarın əsərlərinin dünya miqyasında geniş şəkildə ifa olunmasından, dünya musiqi xəzinəsinin incilərinə çevrilməsindən bəhs etmişdir. Çıxışının sonunda Firəngiz Əlizadə Qara Qarayevin əsərlərindən ibarət audio diski nazir müavininə təqdim etmişdir.

Sonra çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov dahi Qara Qarayevin keçmiş sovetlər birliyində və dünyada çox məşhur bir bəstəkar olduğunu demiş, onun milli musiqinin əsaslarını dahi bəstəkarımız Üzeyir Hacıbəylidən, klassik musiqinin sirlərini isə məşhur rus bəstəkarı Dmitri Şostakoviçdən öyrəndiyini söyləmişdir. Qara Qarayev hələ tələbə ikən dünya musiqi mədəniyyəti tarixində inqilabi addım hesab olunan musiqi əsərləri yaratdığına görə müəllimi Dmitri Şostakoviç Qara Qarayevi öz tələbəsi yox, həmkarı və müasiri adlandırmışdır. Çıxışının sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan Milli Kitabxanası haqqında foto albomu nazir müavininə təqdim etmişdir.

Nazir müavini Hüseyn Yayman dahi Azərbaycan bəstəkarı Qara Qarayev haqqında bu bilgilərə görə təşəkkür bildirərək, bəstəkarın təkcə Azərbaycanın deyil, bütün türk dünyasının böyük sənətkarı olduğunu xüsusi vurğulamış, bəstəkarın əsərlərinin bütün dünyada sevilərək ifa olunduğunu söyləmişdir. Görüşün sonunda Hüseyn Yayman Türkiyə haqqında foto albomu və İstanbul haqqında kataloqu görüş iştirakçılarına və Milli Kitabxanaya hədiyyə etmişdir. Görüşdə TÜRKSOY-un baş katibinin yardımçısı Fırat Purtaş və Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak etmişlər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında