Beynəlxalq Kitab Bağışlama Günü qeyd olundu

Qeyd edək ki, “Beynəlxalq Kitab Bağışlama Günü” (“International Book Giving Day”) 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.

Beynəlxalq Kitab Bağışlama Günü  uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.

“Beynəlxalq kitab bağışlama günü” münasibətilə  “Cahan” uşaq bagçasının balacaları Milli Kitabxananın qonağı olmuş, Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada “Beynəlxalq Kitab Bağışlama Günü”nü qeyd etmişlər. Balacalara kitablar hədiyyə olunmuş, onlar da öz növbələrində Açıq kitabxananın fonduna kitab hədiyyə  etmişlər. Müəllimə Nərmin Fəttahova burada keçirdikləri vaxtdan çox məmnun qalan balacalar adından Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirmiş və uğurlar arzulamışdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında