Türk Ədəbiyyatı Vəqfi nümayəndə heyətinin iştirakı ilə Sumqayıt Poeziya Evində tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın dəvəti ilə Azərbaycanda səfərdə olan Türk Ədəbiyyatı Vəqfi nümayəndə heyəti  Sumqayıt Poeziya Evində tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri  Poeziya Evinin direktoru İbrahim İlyaslı açıb. O, qonaqları salamlayaraq Türk ədəbiyyatından, əsrlərə dayanan Türk-Azərbaycan dostluğundan bəhs edib. Bildirib ki, tədbirin keçirilməsində iki əsas məqsəd var: Türkiyədə və Azərbaycanda yaşayan ədiblərin bir-biri ilə tanış olması və Türk Ədəbiyyatı Vəqfinin başqanı, şair-ədəbiyyatşünas, naşir Serhat Kabaklının “Bil oğlum” adlı şeirlər kitabının təqdim edilməsi.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Serhat Kabaklı, vəqfin idarəetmə heyətinin üzvləri Mehmet Atalay, Ömər Balıbəy, prof.dr. Ramazan Korkmaz, yazıçı-tərcüməçi İmdat Avşar, sənətçi Əsəd Kabaklı, Türkiyə Böyükelçiliyinin Mədəniyyət və Tanıtım müşaviri İrfan Ciftci, yazıçı Bəxtiyar Aslan ilə yanaşı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Əli Nəcəfxanlı, Aidə Eyvazlı, Eyruz Məmmədov, Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Varis, Rafiq Oday, Ofelya Babayeva, Çiçək Mahmudqızı, Xatirə Fərəcli, Günel Eyvazlı, Adilə Nəzər, və s. kimi tanınmış şəxslər də iştirak ediblər. Daha sonra bu simaların böyük qismi çıxış edərək şeirlər səsləndirib, qiymətli fikirlər söyləyiblər. Aşıq Elməddin və aşıq Elçin sazın müşayiəti ilə şeirlər ifa ediblər. Həmçinin Serhat Kabaklının tanınmış şair, Prezident təqaüdçüsü , Azərbaycan Yazıçılar Birliyinin üzvü və Poeziya Evinin direktoru İbrahim İlyaslı tərəfindən tərcümə edilən “Bil oğlum” adlı kitabı qonaqlara təqdim olunub.

Qeyd edək ki, tədbir ilk olaraq fevral ayının 10-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda, daha sonra millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin xətti ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilib.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında