“Sirr” Almaniyada nəşr olunub

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, ölkə ədəbiyyatımızın  dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələrindən olan “Sirr” (Azərbaycan hekayələri) kitabı Almaniyada çap olunub. Kitab Almaniyanın “Hans-Yürgen Maurer” nəşriyyatında nəşr edilib. Məlumat  Tərcümə Mərkəzindən verilib. 

Müasir Azərbaycan ədəbiyyatının Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Kamal Abdulla, Etimad Başkeçid, Orxan Fikrətoğlu kimi ədəbi simalarının hekayələri toplanmış kitab alman dilinə çevrilib. Kitabda toplanmış hekayələri  alman və avstriyalı tərcüməçilər – Luts Engel, Helqa Pabl, Sena Doqan, Hilda Tanik, Marion Kubin-Semyonova, Valtraut və Volfram Şröderlər  tərcümə ediblər.

Kitabın redaktoru Hans-Yürgen Maurer, “Ön söz”ün müəllifi Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartmandır.

Qeyd edək ki, kitabın  yaxın vaxtlarda Almaniya və Avstriya şəhərlərində təqdimatı keçiriləcək.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında