Muzey Mərkəzində həkim -rəssam Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi sərgisi açılıb

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Firəngiz Hüseynovanın əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Bildirib ki, rəssamın əsərlərində qırmızı rəng çalarları aparıcı rol oynayır. Onun bır sıra natürmortlarında isə narın üstünlüyü özünü aşkar göstərir. Ümumiyyətlə, natürmortlar Firəngiz Hüseynovanın yaradıcılığında xüsusi yer tutur. Rəssamın çoxşaxəli yaradıcı maraqlarının cəlbedici və parlaq istiqamətlərindən biri orta əsr Azərbaycan miniatür sənətidir. O, əlyazmalar üçün məşhur illüstrasiyalar əsasında qarışıq texnika vasitəsilə əsərlər yaradır.

Mədəniyyət və Turizm Nazirliyinin dekorativ və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, Əməkdar incəsənət xadimi Rafiq Kərimov və başqaları sərginin əhəmiyyətindən danışıblar.

Diqqətə çatdırılıb ki, ixtisası həkim olan, məşhur akademik Çazovun tələbəsi Firəngiz Hüseynova əsrin dörddəbirini Respublika Diaqnostika Mərkəzi və Ailə Sağlamlıq Mərkəzində kardiodiaqnostika sahəsində çalışıb. “Hər bir insanın ürəyi fərdi, təkrarolunmaz, unikaldır”, - deyən Firəngiz Hüseynovanın yaradıcılığı da elə bu prinsipə söykənir.

Rəssamın yaradıcılığında, həmçinin qadın, gənc xanım və qız obrazları cəmlənib. Bu silsiləyə “Arzu”, “Səhranın atlısı”, “Gecə”, “Məktub”, “Aynanın qarşısında”, “Ana və uşaq”, “Gələcək balerina”, “Oyuncaqlı qız”, “Əkizlər” tabloları aiddir.

Sərgi  fevralın 11-dək davam edəcək. Sərgidə fırça ustasının müxtəlif janrlarda 100-dək əsəri nümayiş olunur.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında