Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” elmi əsəri Türkiyədə nəşr olunub

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu günlərdə layihə çərçivəsində yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin müəllifi olduğu, dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə tərcümə olunaraq
“Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.

Kitabın, eyni zamanda, Türkiyədə Füzuli yaradıcılığının tədris olunduğu bir sıra ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadəsi planlaşdırılır.

Qeyd edək ki, bu günə qədər layihə üzrə 9 adda Azərbaycan ədəbiyyatı nümunələri çap olunaraq, türkiyəli kitabsevərlərə təqdim edilib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında