Qəbələ şəhəri “İslam dünyasının turizm paytaxtı” seçildi

Banqladeş Xalq Respublikasının paytaxtı Dəkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 10-cu Konfransında ölkəmiz üçün əlamətdar olan qərar qəbul edilib: Qəbələ şəhəri 2020-ci il üçün “ İslam dünyasının turizm paytaxtı” seçilib. Eləcə də İƏT turizm nazirlərinin 11-ci Konfransının Azərbaycanın sədrliyi ilə Qəbələdə keçirilməsi qərara alınıb. Həmçinin ölkəmiz İƏT Turizm Koordinasiyası Komitəsinə üzv seçilib.

Məlumat üçün bildirək ki, İƏT çərçivəsində artıq bir neçə ildir ki, “İslam mədəniyyətinin paytaxtı” ilə yanaşı , “İslam dünyasının turizm paytaxtı” da seçilir. 2018-ci ildə bu adı İranın Təbriz şəhəri daşıyır. Ötən il Səudiyyə Ərəbistanının Mədinə şəhəri, 2016-cı ildə Türkiyənin Konya şəhəri “İslam dünyasının turizm paytaxtı” olub.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında