Hüseyn Cavidin 135 illik yubiley ilə əlaqədar silsilə tədbirlər

Minsk Dövlət Linqvistik Universitetində  görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə  gecə keçirilib. Azərbaycan Respublikasının Belarusdakı səfirliyindən verilən məlumata görə, yubiley gecəsi Azərbaycanla Belarus arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi ilə əlaqədar tədbirlər çərçivəsində keçrilib.

Gecədə  Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Belarusda səfərdə olan Azərbaycan Dillər Universitetinin rektoru, akademik  Kamal Abdullanın başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan şairlərinin şerlərini Belarus dilinə tərcümə edən Belaruslu şairə-tərcüməçi Tatyana Sivets, Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç, Çin, Türkiyə, Qırğızıstan, Türkmənistan və Moldovanın Belarusdakı səfirləri, BMT-nin Beynəlxalq Miqrasiya Komitəsinin Belarusdakı nümayəndəliyinin rəhbəri, Belarusun Mədəniyyət nazirliyinin əməkdaşı və yerli KİV-nin nümayəndələri  iştirak ediblər.

Səfir Lətif Qəndilov bildirib ki,  böyük ədib Hüseyn Cavidin həyat və fəlsəfi baxışından danışıb. Diplomat sevginin, gözəlliyin və mənəvi saflığın carçısı olan Hüseyn Cavidin xalqımızın milli düşüncə tərzinin formalaşdırılmasında dərin izlər buraxdığını vurğulayıb. Ümummilli lideri Heydər Əliyev tərəfindən hələ 1982-ci ildə H.Cavidin qəbrinin Sibirdən Azərbaycana gətirilərək Naxçıvanda dəfn olunması milli mədəniyyətimizin tarixinə böyük hörmət və ehtiramın əlaməti olduğu qeyd edilib. L.Qəndilov vurğulayıb ki, Prezident İlham Əliyev H.Cavidin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

Belarus Yazıçılar İttifaqının sədri N.Çerqinets çıxışı zamanı Azərbaycan xalqının beynəlmiləlçiliyə və ümumbəşəri dəyərlərə sadiq olduğunu deyib və  H.Cavid yaradıcılığının fəlsəfi aspektlərinə toxunub.

Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxış edərək H.Cavidin yaradıcılığında Azərbaycan xalqının mənəvi dəyərlərindən olan tolerantlığın və multikultiralizmin öz əksini tapdığını bildirib.

Belaruslu şairə-tərcüməçi Tatyana Sivets Hüseyn Cavidin Belarus dilinə yeni tərcümə etdiyi şerlərini oxuyub.

Minsk Dövlət Linqvistik Universitetinin azərbaycanlı tələbəsi Lamiyə Əlbabayeva “Sarı gəlin” mahnısını ifa etdikdən sonra, Minskdə fəaliyyət göstərən “Sarı gəlin” rəqs qrupu “Azərbaycan maralı” rəqsini təqdim edib.

Sonda Belarus Prezident simfonik orkestrinin bir qrup solistlərinin ifasında Üzeyir Hacıbəylinin, Niyazinin, Tofiq Quliyevin, Sultan Hacıbəyovun əsərlərindən ibarət klassik musiqi nümunələri qonaqlara təqdim edilib. Həmçinin “Sarı gəlin” mahnısı ifa edilib.

Diplomatik münasibətlərin 25 illiyi çərçivəsində Səfirlik tərəfindən dahi Azərbaycan bəstəkarı Q.Qarayevin 100 illiyi və Novruz Bayramına həsr olunmuş tədbirlərin keçirilməsi, xatirə nişanlarının və xüsusi poçt markasının buraxılması planlaşdırılır.

Tədbir Belarusun yerli KİV-də geniş işıqlandırılıb.

 

“Xalq qəzeti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında