Turizm sahəsində təhlükəsizlik məsələləri müzakirə olunmuşdur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında” Əsasnaməyə uyğun olaraq turizm sahəsində təhlükəsizlik tədbirlərinin görülməsi, bu sahə üzrə müşahidə edilən problemlərin təhlil edilərək qarşısının alınması, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə yaradılmış “Turizm sahəsində təhlükəsizlik” İşçi Qrupunun ilk iclası keçirilmişdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.

İşçi qrupun iclasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak etmişlər.

İclasda  çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev turizm sahəsinin qeyri-neft sektorunun inkişafında rolu, ölkəmiz üçün əhəmiyyəti, dövlətin bu sahəyə diqqət və qayğısı və s. barəsində məlumat vermiş,  həmçinin, ölkəmizdə turistlərin sayında müşahidə olunan artım tempini nəzərə alaraq turistlərin təhlükəsizliyinin təmin edilməsi məsələsinin ön plana alınmasını xüsusilə diqqətə çatdırmışdır.

İclasda yerləşdirmə obyektlərində təhlükəsizliyin təmin olunması, milli parklarda, dağ və meşə ərazilərində turistlər üçün marşrutların yaradılması və marşrutlar boyu yol nişanlarının quraşdırılması, nəqliyyat sahəsi üzrə təhlükəsizliyinin təmin olunması və bir sıra mühüm məsələlər işçi qrupun müzakirəsinə təqdim edilmiş, dövlət qurumlarının nümayəndələri tərəfindən müvafiq fikirlər səsləndirilmişdir.

İclasın yekunu olaraq müzakirəyə çıxarılan məsələlərin həlli istiqamətində dövlət qurumları tərəfindən rəy və təkliflərin verilməsi, həmçinin bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılmasına dair qərarlar qəbul edilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında