“Azərbaycan xalçası” ensiklopediyası Nyu –York şəhərindəki Metropoliten muzeyində təqdim edilib

ABŞ-ın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten Muzeyində “Azərbaycan Xalçaçıları” İctimai Birliyinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan xalçası” ensiklopediyasının təqdimat mərasimi keçirilmişdir.

Müəllifin özünün də iştirak etdiyi mərasimdə Azərbaycanın mədəni irsi geniş auditoriyaya təqdim olunmuşdur.

Təqdimat muzeyin Toxuculuq məmulatlarının konservasiyası departamenti tərəfindən təşkil edilmiş “Qış-2018” simpoziumu çərçivəsində keçirilmişdir.

Röya Tağıyeva simpoziumda “Azərbaycan xalçası ənənələri” mövzusunda məruzə ilə çıxış etmiş, 2010-cu ildə UNESCO tərəfindən dünya irsinin bir parçası elan edilmiş Azərbaycan xalça sənətinin əsas inkişaf mərhələləri və xüsusiyyətləri barədə məlumat vermişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında