Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş məhşur pianoçu

Xalq Artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova  yubilyarın həyat və yaradıcılığı haqqında danışıb.  O  deyib ki,  məhşur pianoçu  Fərhad Bədəlbəylinin  soykökü Qarabağla bağlıdır,  böyük yaradıcı nəslin davamçısıdır. Ötən əsrlərdə musiqi və mədəniyyət diyarımız  Qarabağ və  Şuşa şəhəri Azərbaycan incəsənəti və musiqisi tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlər yetirib. F.Bədəlbəylinin  nəsli  də  incəsənət  və musiqi tariximizdə önəmli yer tutur. Fərhad Bədəlbəylinin babası Bədəl bəy görkəmli pedaqoq və maarifçi, əmisi Əfrasiyab Bədəlbəyli bəstəkar və dirijor, atası Şəmsi Bədəlbəyli isə tanınmış rejissor və aktyor olub.

Sonra yubilyar Fərhad Bədəlbəyli M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə ilə eyni səhnəni bölüşüb. “İki fortepiano və orkestr üçün konsert”də musiqiçiləri Vyana Kamera Orkestri müşayiət edib. İ.S.Baxın “İki fortepiano üçün konsert” və S.Raxmaninovun “İki fortepiano üçün 2 nömrəli süita” əsərləri ifa edilib. Tamaşaçıların alqışları ilə keçən konsertdə Fərhad Bədəlbəylinin “Dəniz” və Tofiq Quliyevin “Qaytağı” əsərləri də səsləndirilib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli  adına Bakı Musiqi Akademiyasının rektoru   Fərhad Bədəlbəyli ilk musiqi təhsilini Bülbül adına orta ixtisas  musiqi məktəbində alıb. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ali təhsil aldıqdan sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına daxil olub. O, 25 yaşında    Respublikanın Əməkdar artisti adına layiq görülüb.  Xalq artisti  virtuoz pianoçu kimi incəsənətimizi  dünya səhnələrində, eləcə də beynəlxalq müsabiqələrdə uğurla təmsil edib. Fərhad Bədəlbəyli  SSRİ xalq artisti fəxri adına, Dövlət mükafatına və  Prezident İlham Əliyev tərəfindən “İstiqlal ordeni” nə layiq görülüb.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında