Xalq artisti Tofiq Kazımovun xatirəsi anıldı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, pedaqoq, Xalq artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb.

Qeyd edilib ki, 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışmış Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib. O, Şekspirin “Hamlet”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” əsərlərini səhnələşdirib. Rejissorun quruluş verdiyi tamaşalarda insanların təfəkkür tərzi, onlar arasında münasibətlər müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.

Rejissorun sənət yolundan söz açan Əməkdar incəsənət xadimi İlham Rəhimli qeyd edib ki,Tofiq Kazımovla tanışlığının tarixi xeyli əvvələ gedib çıxır:“ İlk görüşümüz “Azərbaycanfilm” kinostudiyasında olub və bu məkanda ondan ilk xeyir-duanı almışam. Teatr sənəti ilə bağlı bir çox məsələni ondan əxz etmişəm. Tofiq Kazımovun quruluş verdiyi bütün tamaşalar böyük sevgi ilə qarşılanıb. Onun xatirəsi qəlbimizdə hər zaman yaşayacaq”.

Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov görkəmli rejissorla bağlı xatirələrini bölüşüblər.

Sonra tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşasına baxıblar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında