Milli Kitabxanada görüş

Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirinin müavini cənab Petr Vaqner Milli Kitabxanada olmuşdur. Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılamışdır. Görüşdə həmçinin Milli Kitabxananın oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə xanım İsmayılova və Nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayeva da iştirak etmişlər.

 Görüş zamanı K. Tahirov bir neçə il əvvəl Çexiya Milli Kitabxanasına səfər etdiyini, Milli Kitabxananın bir neçə işçisinin də müxtəlif zamanlarda Çexiya Milli Kitabxanasında olduğunu və oradakı Azərbaycana dair əlyazmaların araşdırıldığını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında” (3 dildə: Azərbaycan, çex və ingilis dillərində) adlı kataloq çapa tam hazırdır. Çexiya Milli Kitabxanası ilə əvvəlcədən  razılaşmaya baxmayaraq, kataloqun nəşri ləngiyir. Direktor bu məsələdə səfirliyin yardımçı olacağına böyük ümidlər bəslədiyini bildirmişdir.

Cənab Petr Vaqner görüş üçün minnətdarlığını bildirmiş və mart ayında Praqaya səfəri zamanı kataloqun nəşri məsələsini Çexiya Mədəniyyət Nazirliyində müvafiq şəxslərlə müzakirə edərək müsbət həllinə çalışacağını bildirmişdir. O, eyni zamanda, Çexiya Milli Kitabxanasından başqa Çexiyadakı digər kitabxanalarda, o cümlədən Praqa Milli Muzeyi Kitabxanasında  Azərbaycana dair əlyazmaların, Nizami Gəncəvinin “Xəmsə”sinin əlyazmasının olduğunu bildirmişdir. Səfir müavini həmçinin onu da qeyd etmişdir ki, bu günə qədər bir sıra Azərbaycan müəlliflərinin – Mir Cəlal Paşayevin, Mirzə Şəfi Vazehin, Məhsəti Gəncəvinin və başqalarının  əsərləri Çex dilinə tərcümə edilmişdir. Hazırda müasir Azərbaycan ədəbiyyatı nümunələri Çex dilinə tərcümə edilir və oxucuların böyük marağına səbəb olur.

Petr Vaqner bu ilin iyun ayında Çexiya Respublikasında Azərbaycan Demokratik Respublikasının və Çexiya Respublikasının müstəqilliyinin 100 illiyi münasibətilə Çexiya və Azərbaycan arasındakı əlaqələrdən bəhs edən kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını da vurğulayaraq, həmin kitab üçün hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair materialların səfirliyə təqdim olunmasını da xahiş etmişdir.

Sonda çıxış edən K.Tahirov Çexiyanın digər kitabxanalarında və muzeylərində olan Azərbaycana dair əlyazmaları barədə verdiyi məlumata görə Petr Vaqnerə təşəkkürünü bildirmişdir.

Görüşün sonunda qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan musiqi alətləri”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını və Azərbaycan xəritəsini hədiyyə etmişdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında