Azərbaycanın 10 rayonunda xalçaçılıq müəssisəsi tikilir

Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq, arıçılıq və digər sahələrin inkişafı istiqamətində qarşıya mühüm vəzifələr qoyulub. İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu tapşırıqların icrası məqsədilə hazırda əlavə torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması işləri görülür, sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır.

Ötən il pambıqçılıqla məşğul olan 195 sahibkara 10,2 milyon manat, tütünçülük sahəsi üzrə 100-ə yaxın sahibkara 1,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 900-dən çox yeni iş yeri yaradılıb.

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalçaçılıq müəssisəsinin tikintisi işləri yekunlaşıb, dövlət başçısının iştirakı ilə 3 xalçaçılıq müəssisəsi açılıb. Bu sahədə ümumilikdə 1600 yeni iş yeri yaradılıb. Hazırda daha 10 müəssisənin, həmçinin 5 yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi üçün hazırlıq işləri aparılır.

V. BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında