Bu il İrandan gələn turistlərin sayı artacaq

Tehranda XI Beynəlxalq turizm sərgisi açılıb. Sərgidə 300-dən çox yerli və xarici turizm şirkəti iştirak edir. Onların arasında Bakıya və Azərbaycanın bölgələrinə turizm səfərləri təşkil edən İran şirkətləri də var. Həmin şirkətlərin nümayəndələri bildiriblər ki, son illər ərzində İrandan Azərbaycana səfər etmək istəyənlərin sayı xeyli çoxalıb.

Azərbaycanda həm qış, həm də yay turizmi üçün münasib şərait var. Təbiətimizin gözəlliyi, qədim tarix və mədəniyyət abidələrimiz səfərə gələnləri valeh edir.

“Aysan Pərvaz” şirkəti 2017-ci ilin təkcə fevral və mart aylarında 55 min turistin Azərbaycana səfərini təşkil edib. Cari ilin mart ayından başlayaraq, şirkət İranın “Qeşm AİR” aviaşirkəti ilə də turist səfərlərini həyata keçirəcək. Azərbaycana səfər etmək istəyənlərin sayının çoxluğunu nəzərə alan iki şirkət razılığa gəlib ki, uçuşlar yalnız Tehrandan yox, eyni zamanda, İsfahandan, Şirazdan, Məşhəddən, Təbriz və Urmiyadan da həyata keçirilsin.

“Aysan Pərvaz”ın təmsilçisi M.Dəsmalçı bildirib ki, Bakıya gələn turistlərin arzusuna uyğun olaraq Qəbələ, Quba, Şamaxı və Şəkiyə də turlar təşkil edilir. Qış aylarında isə turistlərin sevimli yeri Şahdağ və Tufandağ dağ-xizək kompleksləridir.

Qarşıdan gələn Novruz bayramında Bakıya səfər etmək istəyənlər artıq sifarişlər veriblər. Bu dəfə 80 mindən çox iranlı turistin Azərbaycana səfər edəcəyi gözlənilir.

Sərgidə iştirak edən “Ulduz” turizm şirkəti də İrandan Azərbaycana turist səfərləri təşkil edir. Şirkətin nümayəndəsi Həmid Zahidi bildirib ki, ötən il 30 min turistin səfəri təşkil olunub. Bu sırada Bakı ilə yanaşı, Naxçıvan, Nabran və başqa bölgələr də var. Göründüyü kimi, Azərbaycanda turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan şərait, o cümlədən elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi kimi mühüm amillər cənub qonşumuz İrandan da turistlərin axınını sürətləndirib.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında