İlk üçlüyü “Google”, “YouTube” və “Facebook” tamamlayır

“Vladtime.ru” saytının məlumatına görə, “SimilarWeb” analitik şirkəti dünyanın ən populyar saytlarının reytinqini tərtib edib.  Bildirilir ki, qiymətləndirmə əsasən son bir il ildə saytlara daxil olan istifadəçilərin  sayına əsasən tərtib edilib.

Qeyd edilir ki, bütün dünyada populyarlığına görə birinci yeri “Google” tutub. 2017-ci ildə bu sayta 2,6 milyard istifadəçi daxil olub. İkinci yerdə 2,2 milyarddan çox istifadəçi sayı ilə “YouTube” qərarlaşıb. Liderlərin üçlüyünü təxminən 2,2 milyard istifadəçisiolan “Facebook” tamamlayıb.

Bildirilir ki, “TOP-20”-yə həmçinin sosial şəbəkələr, onlayn ensiklopediyalar, satış portalları, bir neçə Çin saytı və böyüklər üçün nəzərdə tutulmuş üç sayt daxil edilib. İlk yüzlükdə Rusiya saytları da geniş təmsil olunurlar. Belə ki, “VKontakte” sosial şəbəkəsi 63-cü yeri, “Mail.Ru” 68-ci yeri, “Yandex.ru” saytı isə 82-ci yerdə qərarlaşıb. “TOP-500”-ə də daha bir neçə Rusiya saytı daxil olub. 

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında