Türkiyəli aktyor Dövlət Musiqili Teatrının qonağı olub

Bir çox ölkələrədə kifayət qədər populyarlıq qazanan, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcan Musiqili Teatrın qonağı olub.

Mötəbər qonağı Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonağı teatrın  inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Azərbacan tamaşaçılarının “Cocuklar duymasın”, ”Çiçək taksi”,“Hababam sınıfı askerde” və digər onlarla məşhur Türkiyə seriallarından yaxşı  tanıdığı Volkan Severcan teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib. O,  Azərbaycan Dövlət Musiqili Teatrının möhtəşəm binasını, həmçinin,  müasir dünya standartlarına tam cavab verən  səhnəni görəndən sonra, heyranlığını gizlətməyib və xoş təəssüratlarını dilə gətirib: “Əslində, məndə bu teatrı ziyarət etmək istəyini  həmkarım Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman  yolumu  mütləq Musiqili Teatrdan salmağımı tövsiyyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrları ilə müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Mən də, neçə illərdir teatr sahəsində çalışan bir insan kimi arzu edirəm ki, bu əsrarəngiz səhnədə həm rejissor, həm də aktyor kimi bacarığımı nümayiş etdirə bilim. Buralar mənə çox əzizdir, özümü sanki, doğma vətəndə  hiss etdim. Zatən, biz bir millət, 2 dövlətik”...  

Çoxşaxəli yaradıcılığı, səhnə fəaliyyəti, aktyorluq məharəti, rejissorluğu, eləcə də dublyaj etdiyi xarici filmlərdəki səs tembri ilə tamaşaçıların rəğbətini qazanan Volkan Severcan Musiqili Teatrdan  xoş təəssüratlarla ayrılıb.

M.Mükərrəmoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında