Bəstəkar Şəfiqə Axundovanın xatirəsi anıldı

Beynəlxalq Mətbuat Mərkəzində görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbir Qafqaz Media İctimai Birliyinin (İB) təşkilatçılığı və istedadlı bəstəkar-müğənni Arif Səlimovun təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə İB-nin sədri Azadə Hüseynova görkəmli bəstəkarın həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb, müəlliminin tövsiyəsi ilə təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib. Bəstəkarlıq ixtisası üzrə Boris Zeydmanın sinfini bitirib.

Milli Məclisin deputatı Jalə Əliyeva anası, şair Nurəngiz Günün bəstəkarla yaradıcılıq və dostluq əlaqələrindən söhbət açıb. Tədbirdə bəstəkarla yaradıcılıq ünsiyyətində olan, onun mahnılarının ifaçılarından Xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar artist Gülüstan Əliyeva Şəfiqə Axundovanın 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı kimi adını musiqi tariximizə yazdırdığını bildiriblər.

Şəfiqə Axundovanın zəngin yaradıcılığına “Ev bizim, sirr bizim” operettası, böyük simfonik orkestr üçün süitaları, xor üçün silsilə əsərləri, “Aydın”, “Əlvida, Hindistan!”, “Nə üçün yaşayırsan?” səhnə əsərlərinə, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və digər uşaq tamaşalarına yazdığı musiqilər, yüzlərlə mahnı və romans daxildir.

Tədbirdə Arif Səlimovun tərtib etdiyi, bəstəkarın həyatının unudulmaz anlarını canlandırıan “Əslində mən beləyəm” adlı videomaterial nümayiş etdirilib.

Sonda bəstəkarın mahnıları gənclər tərəfindən ifa olunub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında