“Kəmtərovlar ailəsi” hekayələr kitabı Türkiyədə

Ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin 110 illik yubileyi ərəfəsində “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə  çap olunub.  Kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci əsərdir. Kitabda yazıçının "Həkim Cinayətov”, “Bostan oğrusu”, “İclas qurusu”, “Kəmtərovlar ailəsi”, “İstifadə”, “Elçilər qayıtdı”, “Niyə ovdan ayaq çəkdim”, “Təzə toyun nəzakət qaydaları”, “Vətən yaraları”, “Susuzluq”, “Leyla”, “Müalicə”, “Plovdan sonra”, “Nazik mətləb”, “Xarici naxoşluq”, “Ay İsmayıl, başa sal”, “İnsanlıq fəlsəfəsi” müxtəlif mövzulu, səpkili hekayələri yer alıb. Məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti verib. 

Kitab alimin  qısa bioqrafiyası ilə başlayır. Sonra gələn “Təqdim” bölməsində Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Sərhat Kabaklının  bu fikirləri yer alir: “Türk Ədəbiyyatı Vəqfi olaraq 2018-ci ildən etibarən Türk Dünyasının bütün coğrafiyalarına, türkcə danışılan hər bir Vətən parçasına yetməyi və buralarda yaşayan qardaşlarımızla ədəbiyyat və sənət mühiti ilə qucaqlaşıb ədəbi əlaqələrimizi genişləndirməyi hədəf olaraq seçmişik. Bu hədəfə doğru ilk addım isə Azərbaycan Yazıçılar Birliyi ilə birgə atılıb. Belə ki, bu çərçivədə yayımlanan ilk əsər də Azərbaycan ədəbiyyatından  bu il 110 illik yubileyi qeyd olunacaq Mir Cəlalın “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı olub”.

Qeyd edək ki,  kitab Mir Cəlal yaradıcılığı və onun fonunda müəyyən dövr Azərbaycan ədəbiyyatı haqqında təsəvvürlər əldə etmək üçün əvəzsiz vasitədir.

 Ü. VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında