İordaniya Kralı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

 İordaniya Kralı II Abdullanın dəvəti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyəti İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərinə səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda deyilir ki, İordaniya Haşimilər Krallığına səfər edən nümayəndə heyətində Ukraynanın sabiq prezidenti Viktor Yuşenko, Bolqarıstan Respublikasının sabiq prezidenti Petar Stoyanov, İsgəndəriyyə Kitabxanasının Direktoru, NGBM həmsədri İsmayıl Seragəldin, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, Serbiya Respublikasının sabiq prezidenti Boris Tadiç, Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Çex Respublikasının sabiq baş naziri Jan Fişer, “Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə Şurasının sədri Katerina Yuşenko və digər nüfuzlu siyasi xadimlər təmsil olunub. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib.

Yaxın Şərqdə dialoqun təşviqi məqsədilə baş tutan səfər çərçivəsində İordaniya Kralı II Abdulla sabiq dövlət və hökumət başçılarından ibarət NGBM üzvlərini qəbul edib. ABŞ vitse-prezidenti Mayk Pensin Yaxın Şərqdə İordaniyaya səfəri ilə eyni tarixə təsadüf edən görüş zamanı bölgədəki hadisələr, xüsusilə də Fələstin-İsrail münaqişəsi və Qüdsə dair məsələlər müzakirə edilib.

Kral II Abdulla bölgədə ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədilə Fələstin-İsrail sülh prosesini canlandırmaq üçün səyləri artırmağa çağırıb. O deyib ki, Qüds məsələsi yekun status və beynəlxalq qanunlar, BMT-nin müvafiq qətnamələri əsasında əldə olunmuş sülh sazişi çərçivəsində həll edilməlidir. Kral II Abdulla Fələstin məsələsi həll olunmadan bölgədə sülh və sabitliyin olmayacağını vurğulayıb. Görüşdə bölgədəki böhran, terrorizmlə mübarizədə göstərilən səylər, Suriya qaçqınlarının yerləşdirilməsi ilə bağlı İordaniyanın üzləşdiyi çətinliklər də müzakirə olunub.

Görüşdə Mərkəzin həmsədri İsmail Serageldin NGBM haqqında və onun təşkilatçılığı, dəstəyi ilə həyata keçirilən layihələr barədə Kral II Abdullaya məlumat verib. Bildirib ki, NGBM son dövrlərdə beynəlxalq əlaqələrini daha da genişləndirir, dünya miqyasında tanınan nüfuzlu təşkilatlar, aparıcı dövlətlərlə əməkdaşlığın qurulması və inkişafı sahəsində fəaliyyətini davam etdirir. 

Samirə Əliyeva,
“Xalq qəzeti”     


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında