Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş ilk kitabın təqdimatı keçirildi

Yazıçılar Birliyinin Natavan klubunda tədqiqatçı Sərxan Carçıyevin “Bir kəndin repressiyası” adlı tədqiqat əsərinin təqdimatı keçirilib. DTX arxiv sənədlərinə söykənən əsər Qazax rayonunun Çaylı kəndinin  repressiya olunan insanlarının taleyindən və mübarizəsindən bəhs edir.  1937-ci ilin qanlı hadisələrini  xatırlayan və indiyədək bəlli olmayan faktlar kitabda öz əksini tapıb.        

Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin üzvü, şair Səlim Babullaoğlu S. Carçıyevin gərgin zəhməti hesabına ərsəyə gətirdiyi kitabın məziyyətləri haqqında məlumat verərək əsərin  bu sahədə araşdırmalar aparan tədqiqatçılar və tələbələr üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sonra müəllif  kitab barədə məlumat vermiş və Çaylı kəndinin repressiya qurbanları barədə qarşılaşdığı mühüm faktları yeni nəşrində nəzərə aldığını qeyd edib.

Təbirdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, mütəfəkkirimiz M.Ə. Rəsulzadənin yadigarı, Əməkdar rəssam, tanınmış pedaqoq  Rais Rəsulzadə  və “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Aki Aşırlı çıxış edərək S. Carçıyevin bu kitabını yüksək qiymətləndiriblər. Natiqlər bu kimi kitabların cəmiyyətimizdə milli düşüncənin inkişafında mühüm faktor  və cümhuriyyət ilinə önəmli töhfə olmasını vurğulayıblar.

Qeyd edək ki, cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş bu  kitab 148 səhifədir. Kitabın ön sözünün müəllifi və redaktoru  “ Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıdır.

 

Hazırladı:

                            Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında