Mədəniyyət müəssisələri Qanlı Yanvar tədbirlərini davam edirirlər

Cəfər Cabbarlı  adına  Azərbaycan  Dövlət  Teatr  Muzeyində “20 Yanvar”  faciəsinin  28 –ci ildönümünə həsr olunmuş  tədbir  keçirilmişdir. Tədbir çərçivəsində   şəhid  İsmayılzadə  Cavad  Yunis  oğlunun  həyat yoldaşı, “20 Yanvar” şəhidlərinin  dəfn  komissiyasının  üzvləri, Əməkdar  memar  Nəriman Əliyev,  fizika - riyaziyyat  elmləri doktoru Azər Nəbiyev  xatirələrini,  gözləri ilə gördükləri amansızlıqlar barədə danışmışlar. Daha sonra Azərbaycan Milli Konservatoriyası  nəzdində  İncəsənət  Gimnaziyasının şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeir  və musiqi parçaları səslənmişdir.

Həmçinin  mədəniyyət və incəsənət nümayəndələri, İncəsənət Gimnaziyasının müəllim və şagird heyəti, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin kollektivi, Bakı şəhər muzeylərinin əməkdaşları, gənclər, media nümayəndələri tədbirdə iştirak etmişlər.

 xxx

Şəki Dövlət Rəsm Qalereyasında 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin qanlı və şanlı səhifəsi” adlı sərgi açılmışdır. Sərgidə hər il olduğu kimi Şəkili rəssam M.Həsənovun qalereyaya hədiyyə etdiyi “Ana fəryadı” əsəri və Ə.Zəkiyevin “20 Yanvar” keramik kompozisiyası nümayiş olunur.  “Ana  fəryadı” əsərində ana  oğul və qızını düşmən  hücumundan qorumağa çalışır. Rəmzi xarakter daşıyan bu əsər böyük məna kəsb edir. Bu faciəni canlı deyil, televiziya verilişlərindən şahidi olan bu günün orta məktəb şagirdləri  bütün təfərrüatları ilə öz rəsmlərində əks etdirmişlər. Sərgi yanvarın 30-dək  nümayiş olunacaq.

                                               

 xxx

Füzuli Dövlət Dram Teatrının  20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar hazırladığı "Şəhidlər ölməz” adlı kompozisiyanın  Ağcabədi, Beyləqan və Füzuli rayonlarında yerləşən "N” saylı hərbi hissələrin şəxsi heyəti qarşısında nümayişinə başlanıb. Tamaşanın ssenari müəllifi teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Asif  Şirinov, musiqi tərtibatçısı Nizami Süleymanzadə, quruluşçu rəssamı isə Ellinaz Balaşovadır

M. MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında