Nakam şəhidlərin “Toy” himni

Əməkdar artist, tanınmış bədii qiraət ustası  Ağalar Bayramov milli poeziyamızın seçmə nümunələrindən ibarət canlı ifa silsiləsinə “Toy” adlı yeni kompozisyasını əlavə etmişdir.

Ramiz Qusarçaylının Aprel döyüşlərində həlak olmuş döyüşçünün ölməz xatirəsinə həsr etdiyi eyniadlı şeir əsasında hazırlanmış təsirli poetik ifa qısa müddətdə internet vasitəsilə yurdsevər gənclərin geniş auditiriyasında populyarlaşmışdır.

Şeirdə nişanlısı Lələtəpə yüksəkliyi üğrunda döyüşdə həlak olmuş igid döyüşçünün nişanlısı olmuş Qızın kənd toyunda yeri-göyü titrədən ruhsal bir oyunu təsvir olunur:

Gözlərində son baxışın göynəyi,

Qollarında son görüşün havası.

Qoxladığı qan xınalı köynəyin,

Yaxasında kor sevdanın yuvası...

Eşqi viran, dərdi puçur-puçurdu,

O Qız toyda oynamırdı, uçurdu.

Toy arzusu ömürlük nisgilə çevrilmiş o Qız şəhid nişanlısının xatirəsinə sədaqət, ruhuna təskinlik eşqilə kədərinə toy qurur. O Qız bu misilsiz oyunu ilə mağardakıların Qarabağ yaddaşına od vurur, dağı-daşı əridən çırpıntıları ilə ətrafdakıların nəzərində üğursuzluqlarımızı və qələbələrimizi canlandırır. Bu oyunla sanki:

Qurd çölündə çadır yeri oynadı,

Güləbirtdə abır yeri oynadı,

Gülablıda qəbir yeri oynadı

Dözüm yeri, səbir yeri oynadı.

Toy payı düşmən gülləsilə çiliklənmiş nakam Qızın bu dəhşətli oyununun ağrı-acılı mənzərəsini hüznlü misralardan kədərli-öyünclü bir tamaşaya çevirən mahir qiraət ustası hər sözün, misranın ifadə etdiyi mənanı nisgilli səsi, kövrək pıçıltısı, yanğılı hönkürtüsü  və sərt hayqırışı ilə canlandırır, adamları  coşdurur, titrədir. Və nəhayət, qələbə ilə sonuclanan təntənəli zirvəyə yüksəldir:

Qara zurna dağ çəkirdi zilə dağ,

Qələbəyə susamışdı Lələdağ,

Ermənilər görməmişdi belə dağ...

Vətənpərvərlik mövzusunda ən yaxşı şeirlərə döyüş, cəngi əhvalı gətirən, nadir ifası ilə gəncliyi  qeyrət və hünərə səsləyən Ağalar Bayramovun yeni “Toy“ kompozisiyası nakam şəhidlərimizin   xatirəsinə “Toy” himni kimi səslənir.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında