Şairin tatami üzərində qələbəsi

Tanınmış şair-tərcüməçi, Prezident təqaüdçüsü Akif Əhmədgil üçün yola saldığımız il daha bir əlamətdar hadisə ilə yadda qaldı. Keçən il dekabr ayının 28-də mahir söz adamı Bakıda veteran cüdoçular arasında keçirilmiş Azərbaycan birinciliyində 60 kiloqram çəki dərəcəsində birinci yerə çıxıb.

Akif Əhmədgil bildirdi ki, bu uğuru qazanmaqda məşqçisi, yeddiqat dünya çempionu Fərhad Rəcəbliyə minnətdardır. O, 1978-ci ildə ona bu idman növünün sirlərini öyrədən SSRİ idman ustası Mansur Əhmədovu da məmnunluqla xatırlayır.

 Akif Əhmədgil hazırda “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor işləsə də, gənclik illərindəki həvəs və şövqlə idmanla da məşğul olur. O, 57 yaşı olmasına baxmayaraq, “Neftçi” idman klubunda cüdo bölməsində məşqlərə davam edir. 34 il əvvəl Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyarkən tələbələr arasında Moskva çempionatında 2-ci yeri tutan soydaşımızın tatami üzərində indiki qələbəsi onun öz idman formasını yaxşı saxladığını göstərir.

İstər ədəbiyyat, istərsə də idman sahəsində uğurlar qazanmış, müxtəlif mükafatlara layiq görülmüş Akif Əhmədgilin növbəti arzusu belədir: “Otuz ilə yaxındır ki, qədim rus ədəbiyyatının ilk böyük nümunəsi olan “İqor polku haqqında dastan” poemasını Azərbaycan dilinə çevirməklə məşğulam və bu yaxınlarda həmin poetik tərcüməni bitirmək niyyətindəyəm. Arzum dünya birinciliyində Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında