“İhlas” xəbər agentliyi: qardaş ölkə Azərbaycan 8-ci sıradadır

Türkiyədən olan turistlərin ən çox səyahət etdiyi 10 ölkə arasında Azərbaycan da yer alır. Bu barədə Türkiyənin “İhlas” xəbər agentliyinin “Türklərin səyahət etdiyi 10 ölkə” adlı məqalədə qeyd edilib. Türkiyə Səyahət Agentlikləri Birliyinin açıqlamasına görə,  səyahət edilən ölkələr arasında ilk yerlərdə Gürcüstan, Yunanıstan, Almaniya, İtaliya kimi ölkələr yer alıb.  2016-cı ildə 8 milyon 62 min türk vətəndaşı xaricə səyahət edib ki, onların da 212 mini Azərbaycanın payına düşüb. Məqalədə qeyd edilir ki, on ölkə sırasında 8-ci yerdə qərarlaşan ölkəmizə Türkiyə vətəndaşları   daha çox iş, təhsil, qohumlarla görüşmək üçün gəlsələr də, onlar arasında  tətil məqsədilə Azərbaycana gələnlər üstünlük təşkil edir. Turistlərin çoxu paytaxt Bakıdan başqa Sumqayıt, Mingəçevir, Gəncə kimi böyük şəhərlərə üstünlük verir, bundan başqa,  Naxçıvan Muxtar Respublikası da səyahət edilən məkanlardandır. “Azərbaycan vizasını elə sərhəd məntəqəsində almaq mümkündür”—deyə məqalədə qeyd edilir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında