“Səs” qəzetinin 27 yaşı tamam oldu

“Səs" qəzeti 1991-ci il yanvarın 11-dən  dərc olunmağa başlayıb.  Qəzet 1998-ci ildən etibarən gündəlik işıq üzü görüb. Yarandığı  gündən  ulu öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, ümummilli liderin  Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə doğru, düzgün çatdırıb. Qəzet 1991-93-cü il nömrələrində  ulu öndərin müsahibələrini onun  haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını  obyektiv şəkildə oxuculara çatdırıb.  Müstəqillik illərində  qəzet ölkənin ictimai həyatında daha böyük rol oynamağa başlayıb. Qəzetdə ölkədəki mövcud problemlər və onların həlli yolları haqda müxtəlif ziyalıların, mütəxəssislərin yazıları, müsahibələri  dərc edilib.

Hazırda fəaliyyətini yüksək səviyyədə davam etdirən  "Səs" qəzeti fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin baş redaktorluğu ilə eyni kursu davam etdirir və ölkə mətbuatında özünün xüsusi yeri  və rolu ilə seçilir.  Qəzet dövlət və xalq arasında münasibətlərin daha da yaxınlaşması, cəmiyyətin maarifləndirilməsi üçün mütəmadi olaraq medialayihələr həyata keçirir. Hazırda qəzet gündəlik 5 min tirajla  çap olunur. Qeyd edək ki, "Səs" qəzeti ilə  yanaşı "Səs" informasiya agentliyi (SİA), "Səs" internet televiziyası (SəsTV) da fəaliyyət göstərir.

Bu gün “Səs” qəzetinin yaranmasının 27 illiyi münasibətilə qəzetin rəhbərliyi, kollektivi  və bir sira media qurumlarının rəhbərləri  Fəxri xiyabanda xalqımızın müasir, müstəqil dövlətimizin memarı və qurucusu,  ümummilli lider  Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında