BSU-da “Açıq qapı günü”

Bakı Slavyan Universitetində (BSU) payız imtahan sessiyası ilə bağlı “Açıq qapı günü” keçirilib. Tədbirə ölkənin tanınmış təhsil ekspertləri, QHT təmsilçiləri, jurnalistlər və ictimaiyyətin nümayəndələri qatılıblar. Təhsil ekspertlərindən Nadir İsrafilov, Şahlar Əsgərov, Kamran Əsədov, KİV-dən AzTV, Space TV, “İki sahil” TV, AZƏRTAC, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Respublika” qəzetlərinin, Azadinform, Bakıpost, Report, Azpress, Cümhuriyyət, Media TV, Faktinfo, A24 saytlarının əməkdaşları iştirak ediblər.

Qonaqları əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edərək bildirib ki, bu günlər tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və münaqişə komissiyası yaradılıb. N.Əliyeva bildirib ki, artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub.

Rektor imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahaların nəticələrinin dərhal elan olunduğunu bildirib.

N.Əliyeva payız ­imtahan sessiyasında Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanının yaradıldığını vurğulayıb. Tətbiq edilən hər layihənin, hər proqramın başlıca məqsədinin imtahanlarda ədaləti və obyektivliyi təmin etməyə yönəldiyini bir daha xatırladıb.

Sonra qonaqlar operativ qərargaha baş çəkib, imtahanın gedişi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Rafiq Novruzov burada onlara qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə ətraflı məlumat verib. R.Novruzov bu ildən etibarən universitetdə “Elektron universitet” layihəsinin tətbiqinə başlanılacağını, tədrisin təşkilinin, imtahan sessiyasının gedişinin və imtahanların yoxlanılması prosesinin elektronlaşdırılacağını qeyd edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında