Dinləyicilərin qəlbini ovsunlayan sənətkar

Azərbaycanın Xalq artisti, mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Elza İbrahimovanın anadan olmasından 80 il ötür.

Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin sərəncamına əsasən bu il anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Əməkdar incəsənət xadimi Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edərək, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb.Onun “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Mehribanım”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi mahnılarını hər kəs sevə-sevə dinləyir. Onun həmişəyaşar mahnıları, həzin melodiyaları ilə insanların qəlbində əbədi taxt qurub , könüllərə, ruhlara mənəvi qida verib. Bu isə hər bir bəstəkara nəsib olan xoşbəxtlik deyil.

Böyük sənətkar musiqinin müxtəlif janrlarında yüksək bədii təsir gücünə malik xeyli sayda dərin məzmunlu əsərlər yaratmışdır. Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında fortepiano üçün prelüd və variasiya silsilələri, “Fortepiano üçün sonatina”, “Skripka və fortepiano üçün skerso”, “İki skripka üçün birhissəli kvartet”, dörd hissədən ibarət “Fortepiano üçün trio”, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqilərini xüsusi qeyd etmək olar.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında