Əbdüləziz əl-Tüveycri: Azərbaycan müasir müsəlman aləminin mirvarisidir

Azərbaycanın  İSESCO  ilə münasibətləri  ildən-ilə  genişlənməkdədir. İSESCO-nun baş direktoru Əbdüləziz əl-Tüveycri bu əlaqələr  barədə  deyib: “ Azərbaycan İSESCO-ya daxil olduğu vaxtdan bu yana böyük inkişaf yolu keçib.  Biz əlaqələrimizin hazırkı səviyyəsindən məmnunuq. Dünyada  belə bir tendensiya mövcuddur ki, müsəlman dövlətləri ilə bağlı mənfi rəy yaradılır. Bütün bunlara sədd çəkməliyik. Azərbaycan müasir müsəlman aləminin mirvarisidir. Bu ölkənin getdiyi yol sabitlik və  inkişaf  yoludur. Biz Azərbaycandan çox şeylər götürə bilərik" .

Ölkəmizin  müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi  son dövrlər  daha intensiv  xarakter almışdır. Azərbaycanda ötən ilin  “İslam Həmrəyliyi ili” elan olunması , bu istiqamətdə  keçirilən uğurlu tədbirlər,  Bakıda  İslam Həmrəyliyi Oyunlarının  keçirilməsi bunu  bir  daha təsdiq edir.

Mədəniyyət  və Turizm Nazirliyindən aldığımız məlumata görə,  hazırda Naxçıvanın 2018-ci ildə "İslam mədəniyyətnin paytaxtı" elan  olunması ilə bağlı təşkilati məsələlər həyata keçirilir. Məlum olduğu kimi,  2009-cu ildə bu statusu   Bakı şəhəri daşımışdı.

Naxçıvan MR Bakı Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvanın 2018-ci ildə "İslam mədəniyyətinin paytaxtı" elan olunması ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb və həmin komitəyə Ali Məclisin  sədri Vasif Talıbov rəhbərlik edir. O qeyd edib ki, Naxçıvanda 210 məscid və 26 dini ziyarətgah var: "Müstəqillik illərində yeni məscidlər tikilib. Reallaşdırılan yeni layihələr nəticəsində Naxçıvanın müasir siması yaradılıb. Bu layihələr 2018-ci ildə İslam aləminə təqdim olunacaq, İslam dünyasının diqqətini Naxçıvana cəlb edəcək. Hazırlıq prosesi 2017-ci ildə başlanıb. Naxçıvanın "İslam mədəniyyətinin paytaxtı"  elan olunması ilə bağlı loqotip, poçt markaları, döş nişanları hazırlanıb, İslam mədəniyyətinə dair abidələrdən Möminə Xatun türbəsi, Yusif Hüseynoğlu, Gülüstan türbələri və Qarabağlar türbə kompleksinin İSESCO-nun siyahısına daxil edilməsi üçün təşkilati işlər görülüb”.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında