Bakı Beynəlxalq Hava Limanı –dünyada ən gözəl aeroport

Bakıdan 20 kilometr şimal-şərqdə yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu bu dəfə İndoneziyanın “The Jakarta Post” qəzetinin diqqət mərkəzinə düşüb. Qəzet bu hava limanını ən gözəl ­aeroport adlandırıb.

Məqalədə hava limanlarının ölkə və insanların həyatındakı rolundan geniş danışılır. Məqalədə hava limanları yalnız nəqliyyatla bağlı bir məkan deyil, həm də ölkənin iqtisadi göstəricisi olduğu qeyd edilir.

Dünyada 13 ən gözəl aeroportun adını açıqlayan “The Jakarta Post” siyahıda ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunu vurğulayıb. Heydər Əliyev Beynəlxalq Aeroportu ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər. İkinci yerdə ABŞ-da yerləşən Denver , üçüncü yerdə isə İspaniyanın Madrid aeroportu qərarlaşıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında